Putin: Priqojinin öldüyü təyyarənin cəsədlərindən əl qumbarasının parçaları çıxarılıbbackend

Putin: Priqojinin öldüyü təyyarənin cəsədlərindən əl qumbarasının parçaları çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin avqust ayında qəzaya uğrayan, “Vaqner” qrupunun lideri Yevgeni Priqojin də daxil olmaqla, 10 nəfərin öldüyü təyyarənin cəsədlərində qumbaraatan hissələri tapıldığını bəyan edib.

Editor.az xəbər verir ki, cümə axşamı Valday Diskussiya Klubunun sessiyasında çıxış edən Putin bu barədə danışıb. Bildirib ki, qəza ilə bağlı məlumatı ona Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikin çatdırıb.

Məsələ ilə bağlı araşdırmaların davam etdiyini vurğulayan Rusiya lideri daha əvvəl Vaqnerlə əlaqəli ofis və mənzillərdə 5 kiloqram kokainin tapıldığını və təəssüf ki, cəsədlərdə spirt və narkotik testi aparılmadığına diqqət çəkib.

Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətində Vaqnerə məxsus təyyarə qəzaya uğrayıb. Priqojin onun sağ əli Dmitri Utkin və Vaqnerin Təhlükəsizlik İdarəsinin rəisi Valeri Çekalov da daxil olmaqla 10 nəfər həyatını itirib. Vaqnerə bağlı kanallar təyyarənin vurulduğunu iddia edib. Priqojinin ölümündən sonra Putin Vaqner liderini “çox böyük səhvlərə yol verən mürəkkəb taleyi olan bir adam” adlandırıb.

//Gülnarə Abasova, Editor.az