Putin Qarabağdakı rusiyalı sülhməramlılara təşəkkür etdibackend

Putin Qarabağdakı rusiyalı sülhməramlılara təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Qarabağdakı rusiyalı sülhməramlılara peşəkarlığı və səbirliliyinə görə təşəkkür edib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, o, bu sözləri Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında deyib.

“Artıq bir ildən çoxdur ki, sülhməramlılarımız Qarabağda sabitliyi dəstəkləyir. Daha çox onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonların əraziləri minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarix və mədəniyyət abidələri qorunub. Sülhməramlılıq tapşırıqlarını yerinə yetirən şəxsi heyətə peşəkarlığı və səbirliliyinə görə təşəkkürümü bildirirəm”, – V.Putin bildirib.