Putin Qərb liderlərinin onunla görüşmək istəməməsindən şikayətlənibbackend

Putin Qərb liderlərinin onunla görüşmək istəməməsindən şikayətlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Qərb ölkələrinin liderləri arasında mümkün danışıqlardan bəhs edib.

Editor.az xəbər verir ki, o, Putinin Qərb liderlərinin onunla görüşmək istəməməsindən şikayətləniyini deyib.

Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Rusiyaya bu və ya digər şəkildə öz məqsədlərinə çatmağa kömək edə biləcək istənilən təmaslara açıq olub və olmaqda davam edir. O, bildirib ki, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron dəfələrlə vəziyyətdən çıxış yolları axtarmaq üçün Putinlə əlaqə saxlamağa davam edəcəklərini deyiblər. Ancaq Peskov son vaxtlar onlar tərəfindən heç bir cəhdlərin olmadığına diqqət çəkib: “Makron Putinə zəng etməyə hazır olduğunu desə də, belə bir görüşün mümkün vaxtı ilə bağlı heç bir tələb, irəliləyiş yoxdur”.

//Gülnarə Abasova, Editor.az