İtaliyanın baş naziri Mario Draqi Rusiya prezidenti Vladimir Putinlə davam edən ərzaq böhranının həlli yollarını müzakirə edib.
Editor.az bununla bağlı İtaliya hökumətinin saytındakı bəyanata istinadən xəbər verir. “Müzakirələr zamanı Ukraynadakı vəziyyətin təkamülü və davam edən ərzaq böhranı və onun dünyanın ən yoxsul ölkələri üçün ciddi nəticələrinin həllinin tapılması səyləri müzakirə edilib”, – məlumatda bildirilir.
Kremlin saytında verilən açıqlamada deyilir ki, Putin kənd təsərrüfatı məhsulları ilə bağlı dünya bazarlarında yaranan problemlərə görə Rusiyaya qarşı ittihamları əsassız hesab edir. Putin Dragiyə istehsal və tədarük zəncirlərindəki fasilələrin pandemiya zamanı başladığını və Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra daha da pisləşdiyini söyləyib. Lakin həmin sanksiyaların Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən tətbiq edildiyi barədə heç nə deməyib. O, vurğulayıb ki, Rusiya Federasiyası Qərb tərəfindən siyasi motivli məhdudiyyətlərin aradan qaldırılması şərti ilə taxıl və gübrə ixracı vasitəsilə ərzaq böhranının aradan qaldırılmasına töhfə verməyə hazırdır.
Editor.az

