Putin:”Rusiya Avropa limanlarındakı 300 min ton gübrəsini inkişaf etməkdə olan ölkələrə pulsuz tədarük etməyə hazırdır”backend

Putin:”Rusiya Avropa limanlarındakı 300 min ton gübrəsini inkişaf etməkdə olan ölkələrə pulsuz tədarük etməyə hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya inkişaf etməkdə olan ölkələrə Avropa limanlarından daşınması mümkün olmayan 300 min ton Rusiya gübrəsini pulsuz tədarük etməyə hazırdır.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammitindəki çıxışı zamanı deyib.

Qeyd edək ki, Avropa Rusiyaya dünya bazarında gübrə satışı və daşınmasına mane olan sanksiyaları “qismən” ləğv edib. Rusiyanın Ukraynaya təcavüzündən sonra Moskvaya qarşı tətbiq edilən sanksiyalar və daşınmada yaranan fasilələr nəticəsində qlobal miqyasda gübrə və taxıl qiymətləri qalxıb.

//Gülnarə Abasova, Editor.az