Putin: Rusiya dünyanın aparıcı idman ölkəsidirbackend

Putin: Rusiya dünyanın aparıcı idman ölkəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya dünyanın aparıcı idman dövləti, böyük qələbələrin, rekordların və idmançıların vətənidir və bundan sonra da belə olacaq.

Editor.az xəbər verir ki, bu barədə Rusiya lideri Putin Rusiya Federasiyasının törəməsi olan Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən “Gələcəyin Oyunları” adlı çoxnövlü idman turnirinin açılış mərasimindəki çıxışında deyib.

“Klassik idman və kiber idmanın birləşdirilməsi ideyasının Rusiyada yaranması təbiidir. Ölkəmiz dünyanın aparıcı idman dövləti, böyük qələbələrin, rekordların, idmançıların vətəni olub və olmaqda davam edir”,- Putin bildirib.

Kazanda keçirilən çoxnövlü idman turniri haqqında danışan Putin bildirib ki, Rusiya həmişə idmanın və onun gətirdiyi yüksək insani dəyərlərin təbliğinin tərəfdarı olub
və “Gələcəyin Oyunları” Rusiyanın dünya idman ailəsinə hədiyyəsidir.

//Gülnarə Abasova, Editor.az