Rusiya prezidenti Volodimir Putin 2050-ci ilə qədər Rusiya Hərbi Dəniz Qüvvələrinin İnkişaf Strategiyasını təsdiqləyib. Bu, ölkənin müasir tarixində ilk dəfədir ki, belə bir sənəd qəbul edilir.
Editor.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Dəniz Şurasının sədri Nikolay Patruşev deyib.
Strategiyanın hazırlanmasına dair qərarın ötən ilin iyulunda Kremldə keçirilən iclasda qəbul edildiyini izah edən Patruşev bildirib: “Prezidentin göstərişi ilə Müdafiə Nazirliyi Strategiya layihəsi hazırladı və daha sonra federal qurum və təşkilatların təklifləri nəzərə alınaraq Rusiya Dəniz Şurası tərəfindən nəzərdən keçirildi. Strategiyanın son variantı baxılmaq üçün prezidentə təqdim olundu və 30 may tarixində sənəd təsdiqləndi”.
Sənədin təfərrüatlarına toxunmayan Patruşev əlavə edib: “Təfərrüatlara varmadan yalnız onu deyə bilərəm ki, müasir tarixdə ilk dəfədir ki, belə bir strateji planlaşdırma sənədi qəbul edilir. Bu, bir daha vurğulayır ki, güclü və müasir donanmanın inkişafı ölkəmiz üçün prioritet məsələdir. Rusiyanın dünyanın ən böyük hərbi-dəniz güclərindən biri kimi mövqeyi yenidən özünü büruzə verir”.
//Gülnarə Abasova, Editor.az