Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirbackend

Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir.

Editor.az  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Rusiya Prezidenti vurğulayıb: “Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var”.