Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı keçirilən müşavirədə Rusiya iqtisadiyyatında çətinliklərin və balanssızlığın olduğunu etiraf edib.
Editor.az bu barədə TASS-a istinadla xəbər verir. “Bunlar ilk növbədə ölkənin sənaye, kənd təsərrüfatı və maliyyə potensialını formalaşdırdığımız çətin şərtlərlə bağlıdır”, – Putin bildirib.
O qeyd edib ki, bu vəziyyətin yaranmasının səbəblərindən biri sanksiyaların təzyiqi, digəri isə ölkədə kadr çatışmazlığıdır. Putin həmçinin bildirib ki, 2024-cü ilin sonuna Rusiya iqtisadiyyatının artımı dünya üzrə orta göstəricini keçərək 3,9 faizə çatacaq. Oktyabrın 22-də məlum olub ki, Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyətinə görə dünyada dördüncü yerdədir. Bu cür məlumatlar Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi dünya ÜDM dinamikasına dair hesabatda yer alıb. Rusiyanın payı 3,55% təşkil edib ki, bu da ölkəni 3,38% göstərici ilə dünya reytinqində 4-cü yerdə Yaponiyanı qabaqlayıb. Reytinqdə birinci yerdə Çin, üçüncü yerdə ABŞ və Hindistan qərarlaşıb.
//Gülnarə Abasova, Editor.az

