Putin: Rusiya-İran münasibətləri inkişaf edirbackend

Putin: Rusiya-İran münasibətləri inkişaf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pezeşkianla görüşündə Putin ikitərəfli münasibətlərin inkişaf etdiyinə diqqət çəkib və yaxın vaxtlarda imzalayacaqları strateji tərəfdaşlıq sazişini vurğulayıb.

Editor.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskva ilə Tehran arasında münasibətlərin yüksəlişdə olduğunu bildirib. Putin BRİKS-in 16-cı Sammiti çərçivəsində Tatarıstan Respublikasının paytaxtı Kazanda İran prezidenti Məsud Pezeşkianla görüşüb. Görüşün mətbuata açıq hissəsində Rusiya lideri deyib: “Biz bu yaxınlarda Aşqabadda çox əhatəli və faydalı söhbət etdik və ikitərəfli əməkdaşlığın əsas elementlərini və ən aktual regional məsələləri nəzərdən keçirdik. Ən əsası ortaqlığımızı təsdiqlədik”.

Rusiya-İran əlaqələrinin yüksəlişdə olduğunu və həqiqətən dostluq və konstruktiv xarakter daşıdığını qeyd edən Putin bildirib: “Tezliklə əldə etdiyimiz nəticələr yeni və böyük dövlətlərarası “Rusiya-İran Tamhüquqlu Strateji Tərəfdaşlıq” proqramı ilə yazılı şəkildə təqdim olunacaq”.

//Gülnarə Abasova, Editor.az