“Ukraynada xüsusi təyinatlı hərbi əməliyyatlarda iştirak edən rus əsgərləri öz vəzifələrini cəsarətlə və uğurla yerinə yetirir”.
Editor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin öz açıqlamasında deyib.
“Bu gün zabitlərimiz Donbasda, Ukraynada xüsusi hərbi əməliyyatlarda iştirak edirlər. Onlar Donbass respublikalarının sakinlərinə kömək edirlər. Onlar cəsarətlə, bacarıqlı, effektiv, səmərəli hərəkət edir, bənzəri olmayan ən müasir silah növlərindən istifadə edirlər. “, – Putin bildirib.
Putin həmçinin Ukraynadakı xüsusi hərbi əməliyyatın doğru addım olduğunu və başqa variantının olmadığını vurğulayıb.
Rusiya Prezidenti Kiyevin açıq şəkildə Minsk razılaşmalarını yerinə yetirməkdən imtina etdiyini və soyqırım qarşısında səbirli olmağın qeyri-mümkün olduğunu qeyd edib:
” Əməliyyatların məqsədi tamamilə aydındır. Əsas məqsəd Donbassdakı insanlara, Donbass xalqına kömək etməkdir. Biz onları tanıyırdıq, bunu etməli olduq. Çünki Qərbin rəhbərlik etdiyi Kiyev hakimiyyəti Donbass problemlərini sülh yolu ilə həll etməyi hədəfləyən Minsk razılaşmalarını həyata keçirməkdən imtina etdi”.
//Gülnarə Abasova, Editor.az

