Putin: Rusiya və Özbəkistanın ödənişlərdə milli valyutalara keçməsi son dərəcə vacibdirbackend

Putin: Rusiya və Özbəkistanın ödənişlərdə milli valyutalara keçməsi son dərəcə vacibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın dost ölkələrlə həyata keçirdiyi dedollarizasiya siyasəti çərçivəsində Rusiya və Özbəkistan əməliyyatlarında dollar və avronun payını azaldıb və bu prosesdə atılan addımlar özbək həmkarı Mirziyoyevlə görüşən Vladimir Putin tərəfindən bir daha vurğulanıb.

Editor.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Özbəkistanın paytaxtı Daşkənddə verdiyi açıqlamada iki ölkənin ödənişlərdə milli valyutalara keçməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə birgə mətbuat konfransında danışan Putin, “Ölkələrimiz ödənişlərdə tədricən milli valyutaya keçir. Biz bunu son dərəcə vacib hesab edirik. Maliyyə əməliyyatlarında kredit və bank qurumları arasında əməkdaşlıq da güclənir”,- deyə qeyd edib.

Rusiya və Özbəkistan nümayəndə heyətlərinin Daşkənddə keçirdiyi görüşlərdə ikitərəfli təmasların genişləndirilməsi üçün uzunmüddətli hədəflərin və bununla bağlı vəzifələrin müəyyən edildiyini açıqlayan Putin səfər çərçivəsində bir sıra hökumətlərarası sazişlərin və kommersiya sazişlərinin imzalandığını, bu səfərin böyük hissəsinin onların iqtisadiyyat sahəsində praktiki qarşılıqlı əlaqəni aktivləşdirməyə yönəldilib.

//Gülnarə Abasova, Editor.az