Putin Rusiya xilasetmə qruplarının Türkiyə və Suriyada zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndiribbackend

Putin Rusiya xilasetmə qruplarının Türkiyə və Suriyada zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Türkiyə və Suriyadakı zəlzələ bölgəsində Rusiya axtarış-xilasetmə qruplarının işini müsbət qiymətləndirdiyini bildirib.

Editor.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Putin Rusiya Fövqəladə Hallar Nazirliyində axtarış-xilasetmə qruplarının üzvləri ilə videokonfrans üsulu ilə görüşündə danışıb. O, komandaların 2022-ci ildə 35 beynəlxalq humanitar missiyada iştirak etdiyini xatırladıb.

Rusiyanın Türkiyə və Suriyaya köməyə gələn ilk ölkələrdən biri olduğunu vurğulayan Putin, “Xilasedicilərimiz, xüsusi təlim keçmiş itlərimiz, həkimlərimiz, psixoloqlarımız 24 saata yaxın işlədi, mobil xəstəxanalar sürətlə quruldu, axtarış-xilasetmə işləri davam etdirildi. beləliklə, çox sayda insanın həyatını xilas edildi”, deyib.

Eyni zamanda Rusiya Prezirenti bildirib ki, Donbass və Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlar zamanı Fövqəladə Hallar Nazirliyinin bölmələri Donetsk Xalq Respublikası (DHC), Luqansk Xalq Respublikası (LHC), Zaporojye və Xerson vilayətlərində yaradılmalıdır. Bu rayonlardakı yanğınsöndürənlərin və digər axtarış-xilasetmə hissələrinin bütün lazımi avadanlıqlarla təchiz edilməli və insanlara səmərəli kömək etməli olduğunu qeyd edən Putin Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə bu məsələyə böyük önəm verməyi tapşırıb. Rusiya lideri əlavə edib ki, yeni çağırışlar və 4 regionda bu sahədə iş təcrübəsi nəzərə alınmaqla mülki müdafiə sisteminin inkişafı vacibdir.

//Gülnarə Abasova, Editor.az