Putin Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıbbackend

Putin Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ölkənin suverenliyini və müstəqilliyini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır.

Editor.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

“Silahlardan istifadə etmək lazımdır”,-deyə o bildirib. Rusiya lideri həmçinin bəyan edib ki, Rusiyanın nüvə silahından istifadə şərtləri Milli Təhlükəsizlik Strategiyasında da göstərilib.

Bundan əvvəl Putin bəyan etmişdi ki, Rusiyanın nüvə triadasının modernləşdirilməsi baxımından digər ölkələri qabaqladığı ümumi qəbul edilib. Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, bu məsələni tədqiq etmiş bütün ekspertlər modernləşmə baxımından Rusiya nüvə triadasının Amerika nüvə triadasından üstün olması ilə bağlı həmfikirdirlər. “Nüvə triadası” strateji aviasiya, nüvə enerjisi ilə işləyən raket sualtı qayıqları və qitələrarası ballistik raketlərdir (ICBM). Tarixən ABŞ-ın nüvə üçlüyünün ilk iki komponentinə, Rusiya isə ICBM-lərə arxalandığına inanılır.

//Gülnarə Abasova, Editor.az