Putin Şoyqunu niyə cəzalandırıb: Hərbi uğursuzluq, yoxsa nazirin qızının kodlu fotosu…backend

Putin Şoyqunu niyə cəzalandırıb: Hərbi uğursuzluq, yoxsa nazirin qızının kodlu fotosu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu siyasi elitada həmişə dövlət başçısı Vladimir Putinin ən yaxın adamı sayılıb.

Editor.az  moderator.az-a istinadən xəbər verir ki, nazir hətta istirahət günlərini də prezidentlə keçirməyi xoşlayır. Onlar birlikdə balıq tutmağa, ova gedir. Şoyqunun Ukraynaya hücum məsələsində Putinlə həmfikir olduğu, hətta onu bir az qızışdırdığı bildirilir. Amma son günlər vəziyyət dəyişib. Şoyqu birdən-birə 12 gün ortada görünməyib. Media nazirin yoxa çıxmasını daha çox onun səhhətindəki problemlə əlaqələndirib. Deyəsən, həqiqət bir az fərqli görünür.

“Biz Putin haqqında danışmalıyıq” kitabının müəllifi Mark Qaleotti Rusiya prezidentinin naziri cəzalandırdığını bildirir. London kolleci professorunun Böyük Britaniya mətbuatında çox maraqlı yazısı yer alıb. Qaleotti burada Kremldə siyasi münasibətlər barədə diqqətçəkən məqamları ortaya qoyub. Professor Putinin Şoyquya qəzəbləndiyini də yazıb. Qərb mediasında bunu daha çox hərbi uğursuzluqla əlaqələndirirlər. Qaleotti isə Putinin Şoyqunu nazirin qızına görə cəzalandırdığına inanır. Çünki 31 yaşlı Kseniya sosial mediada Ukraynaya dəstək nümayiş etdirirdi. Düzdür, nazirin qızı buna açıq şəkildə göstərmirdi. Amma paylaşımların əksərində sarı-göy rənglərin qabarıq olması təsadüfi sayıla bilməz.

Qaleotti Putinin bir sıra başqa məmurları da cəzalandırdığını qeyd edib. Əvvəlcə Federal Təhlükəsizlik Xidmətinin general-polkovniki Sergey Beseda dövlət başçısının qəzəbinə tuş gəlib. Xarici Kəşfiyyat İdarəsinin rəisini öz müavini Anatoli Bolyux ilə birlikdə həbs ediblər. Sonra növbə Milli Qvardiyanın rəis müavini Roman Qavrilova çatıb. Onu Qərbə informasiya ötürməkdə ittiham etmişdilər.

Qaleotti yazır ki, indi Kremldə gərginlik hökm sürür: “Hər kəs bir-birinə silah tuşlayıb. Sovet İttifaqının süqutundan sonra heç vaxt belə olmamışdı”.

London kollecinin professoru Rusiyada insanların telekanalların Ukraynada uğurlu hərbi əməliyyatlar nağılına hələlik inandığını bildirir. Onun fikrincə, tezliklə həqiqət üzə çıxacaq. Onda xalq hakimiyyətə ciddi etiraz edəcək.