Putin tarixi görüşdə oxşarından istifadə edib – ŞOK İDDİAbackend

Putin tarixi görüşdə oxşarından istifadə edib – ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putin daha çox oxşarından istifadə edir”.

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ukrayna kəşfiyyat mənbələri və rəsmiləri Rusiya prezidenti Putinin son vaxtlar oxşarından istifadə edə biləcəyini iddia ediblər.

General-mayor Kirilo Budanov televiziya proqramında son vaxtlar Putinin imicinin dəyişdiyini və bunun səbəbi kimi oxşarından istifadə etməsini göstərib.

Hətta iddia olunur ki, ötən ay İranda prezidentlərin görüşü zamanı Putin öz oxşarından istifadə edib.

“Putinin oxşarından fərqli vərdişləri, davranışları və boyu var” deyən Budanov, oxşarı ilə Putinin arasında ən böyük fərqinin qulağı olduğunu göstərib.

Putinin son vaxtlar ictimaiyyət qarşısına çıxanda boy və qulaq formasında ciddi dəyişikliklərin olduğunu qeyd edən Budanov əlavə edib ki, qulaqlar barmaq izləri kimidir və hər bir insanın qulağı unikaldır və onu təqlid etmək olmaz.

Putinin dublyorlarının müxtəlif ölçülərdə və fərqli vərdişlərə malik olduğuna diqqət çəkən Budanov, Putinin keçən ay İranın paytaxtı Tehranda prezident Ərdoğan və İran prezidenti ilə görüşərkən oxşarından istifadə etdiyini iddia edib.

Qeyd edək ki, ötən ay Tehranda çəkilən kadrlarda Putinin təyyarədən enərkən görüntüləri paylaşma rekordu qırıb və Putinin yavaş-yavaş yeriməsi və dərhal kameralardan üz döndərməsi diqqət çəkib.