Putin təbii qaz ödənişlərində rubla keçidlə bağlı sərəncamın martın 31-dək həyata keçirilməsini istəyibbackend

Putin təbii qaz ödənişlərində rubla keçidlə bağlı sərəncamın martın 31-dək həyata keçirilməsini istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin martın 31-nə qədər düşmən ölkələrə təbii qaz satışının rublla ödənilməsinə başlanılması əmrinin qüvvəyə minməsini tələb edib.

Editor.az xəbər verir ki, Kremlin açıqlamasına görə, Putin rublla ödəniş tapşırığı ilə bağlı hökumətə yeni göstəriş göndərib.

“Rusiya hökumətinə Mərkəzi Bank və “Qazprom” şirkəti ilə birlikdə Rusiya vətəndaşlarına və Rusiya hüquqi şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən Aİ ölkələrinə və digər ölkələrə qaz nəqli üçün ödənişlərin valyutasının rus rubluna dəyişdirmək üçün bir sıra tədbirlər həyata keçirməklə bağlı təlimatlar verilib.”- məlumatda bildirilir.

//Gülnarə Abasova, Editor.az