Mi-6-nın (Böyük Britaniyanın məxfi kəşfiyyat xidməti) keçmiş rəhbəri Riçard Dirlov hesab edir ki, Rusiya prezidenti Putin tezliklə “sanatoriyaya gedəcək” və bunu tamamilə öz istəyi ilə etməyəcək.
Bundan sonra o, hakimiyyətini itirəcək və 2023-cü ildə artıq həyatda olmayacaq. Editor.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Rundschau” qəzeti yazıb. Keçmiş rəhbərin sözlərinə görə, Putin gələn ilə qədər Rusiya Federasiyasının prezidenti postunu tərk edə bilər. Lakin bu, Ukraynadakı müharibə ilə deyil, 69 yaşlı qanlı diktatorun səhhəti ilə bağlı olacaq. “Mən onun 2023-cü ildə sağ olacağını düşünmürəm” – Mi-6-nın keçmiş rəhbəri deyib. O, həmçinin diktator öləndə onu kimin əvəzləyəcəyini də söyləyib.
Rusiya təhlükəsizlik şurasının katibi Nikolay Patruşev ölkənin yeni prezidenti ola bilər. “Əgər mənim tezisim təsdiqlənsə və Putin sanatoriyada göndərilsə, o (Patruşev) ehtimal olunan əvəzediciyə çevriləcək. Və təbii ki, bu ssenaridə əvəzetmənin daimi olacağı ehtimalı var”, – Britaniya kəşfiyyatının keçmiş rəhbəri bildirib.

