Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa gözlənilməz jest edərək, Rusiyada dörd ildən artıq müddətdə həbsdə saxlanılan keçmiş ABŞ dəniz piyadası Robert Gilmanın azad edilməsinə qərar verib.
32 yaşlı Gilman 2022-ci ildən Rusiyada həbsdə idi. Onun səhhətinin son aylarda ciddi şəkildə pisləşdiyi və azadlığının humanitar əsaslarla təmin edildiyi bildirilir. Gilman avqustun 11-də ABŞ-a qaytarılıb.
ABŞ Prezidenti Donald Tramp Gilmanın azad edilməsinin Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi çərçivəsində baş vermədiyini açıqlayıb. Tramp bunun Putinlə apardığı danışıqların nəticəsi olduğunu bildirib.
Sky News-un müxbiri Ayvor Bennet isə Moskvanın bu addımını Trampa ünvanlanmış siyasi jest kimi qiymətləndirib. Onun fikrincə, Putin bu qərarla Vaşinqtondan Ukraynadakı müharibə ilə bağlı müəyyən güzəştlər əldə etməyə ümid edə bilər.
Bununla yanaşı, ABŞ və Rusiya tərəfləri Gilmanın azadlığı müqabilində konkret razılaşmanın əldə edildiyini açıqlamayıb. ABŞ rəsmiləri Rusiyada saxlanılan digər amerikalıların da azad edilməsini tələb etməyə davam edir.
//Samir Qurbanov, Editor.az

