Ankara Rusiya lideri Vladimir Putinin Türkiyəyə səfərinə hazırlaşır. “RİA Novosti”nin diplomatik mənbəyə istinadən yazdığına görə, Rusiya prezidentinin səfərinin tarixləri hələ müəyyən edilməyib.
“Biz bu səfəri gözləyirik, ona hazırlaşırıq, lakin hələlik konkret tarixlər müəyyənləşməyib”, – nəşrin həmsöhbəti bildirib.
Yada salaq ki, Türkiyə Respublikasının başçısı Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən BRİKS sammitində Vladimir Putinlə görüşündə həmkarının tezliklə səfərinə ümid etdiyini söyləmişdi.
//Samir Qurbanov, Editor.az

