“Putin üçün ölməyə hazıram” – İş adamından ŞOK SÖZLƏRbackend

“Putin üçün ölməyə hazıram” – İş adamından ŞOK SÖZLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1”in keçmiş rəhbəri, ingilis iş adamı Berni Ekklstoun Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsini dəstəkləyir.

İş adamı Putindən fərqli olaraq, Ukrayna Prezidenti Vladimir Zelenskini günahlandırıb və müharibənin qarşısını almaq üçün onun heç bir iş görmədiyini deyib.

“Bu, məqsədyönlü müharibə deyildi. Əminəm ki, Ukrayna vəziyyətdən çıxmaq istəsəydi, bunu edə bilərdi. Ukraynadakı dostumuza (Zelenski) bunu dayandırmaq çox asan idi. Zelenski əvvəllər komediya ustası idi və görünür, bu peşəsini davam etdirmək niyyətindədir. Çünki Putinlə danışmaq və onu dinləmək üçün kifayət qədər səy göstərsəydi, nəyisə dəyişə bilərdi”, – Ekklstoun deyib.

O, Putin üçün ölməyə hazır olduğunu bildirib və 2019-cu ildə səsləndirdiyi fikri yenidən təkrarlayıb:

“Mən hələ də Vladimir Putin üçün özümü güllənin qabağına verməyə hazıram. Çünki o, birinci dərəcəli insandır”.

Ekklstoun Putinin addımlarının doğru olduğunu düşünür və Rusiya üçün daha yaxşı iş görəcəyinə inanır./Teleqraf.com