Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı yeni açıqlamalar verib.
Editor.az xəbər verir ki, onun çıxışı ənənəvi ritorikasından fərqli olaraq daha yumşaq tonla səslənib. Sky News yazır ki, Avropa bu bəyanatlara şübhə ilə yanaşacaq, lakin Putin sözlərini məhz Qərb ictimaiyyətinə deyil, konkret auditoriyaya ünvanlayıb.
Nəşrin müxbiri Ayvor Bennettin təhlilinə görə, Kreml rəhbəri Rusiyanı sülh istəyən tərəf, Ukraynanı isə maneə yaradan qüvvə kimi təqdim etməyə çalışıb. O hesab edir ki, Putinin əsas məqsədi ABŞ-ın keçmiş prezidenti və hazırda seçki kampaniyasında iştirak edən Donald Trampın diqqətini qazanmaqdır.
Beləliklə, Sky News-un qənaətinə görə, Putinin yumşaq ritorikası Avropanı deyil, Trampı inandırmağa hesablanıb.
//Samir Qurbanov, Editor.az

