Putin: Ukraynada müharibə faciəsini dayandırmaq vacibdir, bəs Qəzzada?backend

Putin: Ukraynada müharibə faciəsini dayandırmaq vacibdir, bəs Qəzzada?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın 2022-ci ilin fevralında başlayan Ukraynaya təcavüzü Avropada İkinci Dünya Müharibəsindən bəri ən çox ölümlə nəticələnən münaqişəyə və Soyuq Müharibədən bəri Rusiya ilə Qərb arasında ən ciddi qarşıdurmaya səbəb olub.

Editor.az xarici KiV-ə istinadən xəbər verir ki, müharibə başlayandan bəri ilk dəfə G20 liderlərinə müraciət edən Putin, bəzi liderlərin çıxışlarında Rusiyanın Ukraynada davam edən hücumlarından şoka düşdüklərini söylədiklərini vurğulayıb. Hindistanın baş naziri Narendra Modinin çağırdığı virtual G20 toplantısında Putin hərbi hərəkətlərin həmişə faciə olduğunu bildirib: “Əlbəttə, bu faciəni necə dayandırmaq barədə də düşünməliyik”. Yeri gəlmişkən, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarını rədd etməyib” – deyə, Putin vurğulayıb.

Ukraynanın şərqindəki münaqişə 2014-cü ildə Maydan inqilabında rusiyapərəst prezidentin devrilməsindən sonra Rusiyanın Krımı ilhaq etməsindən və Rusiyanın dəstəklədiyi separatçı qüvvələr Ukrayna silahlı qüvvələri ilə vuruşduqdan sonra başlayıb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, 2014-cü ildən 2021-ci ilin sonuna qədər 3 min 106-sı mülki olmaqla, təxminən 14 min adam öldürülüb. Putin sözə davam edərək Fələstin məsələsinə toxunub və orada baş verənlərin də böyük bir faciə olduğunu vurğulayıb.

//Səbinə Hüseynli, Editor.az