Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynada dayanıqlı sülhün əldə olunması NATO-nun şərqə doğru genişlənməsi məsələsinin həlli ilə bağlıdır.
Editor.az xəbər verir ki, o bu fikri Çinin Tyanjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində səsləndirib.
Putinin sözlərinə görə, Qərb Ukraynanı öz təsir dairəsinə çəkməyə çalışıb, daha sonra isə Kiyev ABŞ-ın rəhbərlik etdiyi hərbi alyansa – NATO-ya üzv olmağa can atıb.
“Ukrayna üzrə nizamlanmanın davamlı və uzunmüddətli olması üçün böhranın əsas səbəblərinin aradan qaldırılması vacibdir. Mən bu barədə dəfələrlə danışmışam”, – deyə Rusiya lideri vurğulayıb.
//Samir Qurbanov, Editor.az

