Putin Ukraynanı heç vaxt işğal edə bilməyəcək – Polşa prezidenti Anjey Dudabackend

Putin Ukraynanı heç vaxt işğal edə bilməyəcək – Polşa prezidenti Anjey Duda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna rəsmi danışıqların əvvəlindən təmsil olunmalıdır, əks halda qısamüddətli sülh tezliklə yeni müharibəyə çevriləcək”.

Editor.az bildirir ki, bunu Kiyevdə Avropa liderlərinin iştirakı ilə keçirilən “Ukraynaya dəstək” plenar iclasında videobağlantı vasitəsilə çıxış edən Polşa prezidenti Anjey Duda deyib.

“Putin Ukraynanı üç günə ələ keçirmək istəyirdi, lakin üç ilə belə bacarmadı. Və heç vaxt bacara bilməyəcək”, – Polşa prezidenti vurğulayıb. O qeyd edib ki, bütün Avropa sülh istəyir, lakin bu, ədalətli, uzunmüddətli və təhlükəsizlik təminatlarına əsaslanmalıdır.

“Ukrayna rəsmi danışıqların əvvəlindən təmsil olunmalıdır. Əks halda, qısamüddətli sülh tezliklə yeni müharibəyə və bəlkə də daha qanlı müharibəyə çevriləcək”, – Duda vurğulayıb.

O qeyd edib ki, Polşa bundan sonra da kömək edəcək və düşmənlə mübarizədə demokratik və müstəqil Ukraynadan əl çəkməyəcək. Onun sözlərinə görə, Polşa “rus imperializminin ruhunu” hiss edən ölkələr sırasındadır. O, həmçinin xatırladıb ki, onlar illərdir dünyaya bunun nə ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq ediblər, lakin bu xəbərdarlıqlar dünya tərəfindən eşidilməyib.

Duda vurğulayıb ki, ABŞ-ın əsas üzvlərindən biri olduğu NATO-dan daha yaxşı təhlükəsizliyin təminatçısı ola bilməz. Duda əlavə edib ki, eyni zamanda güclü Avropa olmadan güclü NATO da olmayacaq. Onun sözlərinə görə, Ukraynaya yardım və etibarlı təhlükəsizlik təminatını yalnız hərbi cəhətdən güclü Avropa verə bilər.

//Samir Qurbanov, Editor.az