“Putin Ukraynanı işğal etsə…” – Bayden Putini hədələdibackend

“Putin Ukraynanı işğal etsə…” – Bayden Putini hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Putin seçim qarşısındadır: deeskalasiya, diplomatiya, yaxud qarşıdurma və nəticələr.

Editor.az bildirir ki, Ağ Ev rəhbəri qeyd edib ki, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək. Bayden Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib.

“Putin Ukraynanı işğal edərsə, Polşa və Rumıniyadakı əsgərlərimizin sayını artıracağıq. NATO daxilində fikir ayrılıqları var. Mən əmin olmalıyam ki, hamı razılaşsın. Əgər rus əsgərləri sərhədi keçib Ukrayna əsgərlərini öldürsələr, bu, hər şeyi dəyişəcək. Amma NATO cəbhəsində bizim tam birliyimiz Putinin nə edəcəyindən və hansı səviyyədə edəcəyindən asılıdır”- Bayden prezidentliyinin 1-ci ildönümünə həsr olunmuş mətbuat konfransında deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, onlar (ruslar) bunu etsələr, orta və uzunmüddətli perspektivdə bunun üçün böyük bədəl ödəməli olacaqlar”.

“Putin heç vaxt ABŞ-ın hazırladığı sanksiya kimi sanksiya görməyib”, – Bayden deyib.