“Putin Ukraynanı məğlub etmək hədəfindən əl çəkməyib, lakin danışıqlar masasına otura bilər” – ISWbackend

“Putin Ukraynanı məğlub etmək hədəfindən əl çəkməyib, lakin danışıqlar masasına otura bilər” – ISW

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidenti Vladimir Putin Ukraynada hələ də qalib gələ biləcəyini düşünür, lakin Ukrayna ordusunun uğurlu hücumları onu danışıqlar masasına oturmağa vadar edə bilər”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun bəyanatında deyilir.

Ekspertlər hesab edirlər ki, Rusiya ordusunun Baxmut, Avdiivka ətrafında cəbhə xətti boyunca, Luqansk və qərb Donetsk vilayətlərində davam edən hücumu Putinin hələ də qələbə çalmağa çalışdığını göstərir. Eyni zamanda, rus diktatoru qəpiksiz qalmaqdan qorxur, lakin danışıqlar üçün Rusiyanın qələbəsindən başqa heç bir şərt irəli sürmür.

Bununla bağlı analitiklər belə qənaətə gəliblər ki, Ukraynanın üç variantı var: dəhşətli məğlubiyyətə səbəb olacaq hərbi əməliyyatları dayandırmaq; yalnız mövcud cəbhə xəttini saxlamaq üçün məhdud hərbi əməliyyatlar aparmağa davam etmək ki, lakin bu, Putini daha çox hücumlar etməyə təşviq edəcək; Putini danışıqlar masasına oturmağa inandırmaq, əks hücuma keçmək və ya Kiyev və onun Qərb müttəfiqlərinin müharibəni effektiv şəkildə dondura biləcəyi hərbi reallıqlar yaratmaq.

//Gülnarə Abasova, Editor.az