Rusiya prezidenti Vladimir Putin Ukraynanın atom elektrik stansiyalarına (AES) mümkün hücum ehtimalını dilə gətirib. O, “Valday” forumunda çıxışı zamanı Ukraynanı Zaporoje AES ətrafında “təxribatçı hərəkətlərdə” ittiham edib və bunun cavabsız qalmayacağını bildirib.
Putinin sözlərinə görə, Rusiya indiyədək stansiyanın özünə zərbə endirməyib, lakin “güzgüvari cavab” istisna edilmir:
“Ukraynanın işlək atom elektrik stansiyaları var. Bizə eyni ilə cavab verməyə nə mane ola bilər?” – deyə o vurğulayıb.
Kreml rəhbərinin bu açıqlaması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub. Ekspertlər xəbərdarlıq edirlər ki, hərbi əməliyyatlar nəticəsində AES-lərin zədələnməsi regional deyil, qlobal miqyasda fəlakətli nəticələrə gətirib çıxara bilər.
//Samir Qurbanov, Editor.az

