Putin Ukraynanın Xerson və Luqansk vilayətlərinə səfər edibbackend

Putin Ukraynanın Xerson və Luqansk vilayətlərinə səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Xerson və Luqansk vilayətlərinə səfər edib və Dnepr” döyüş qrupunun qərargahını ziyarət edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Kremldən verilən yazılı açıqlamada qeyd olunub.

Xerson və Zaporojye vilayətlərində vəziyyətlə bağlı məlumat alan Putin Luqanska gedib, buradakı “Vostok” döyüş qrupunun qərargahına baş çəkib, bölgədəki vəziyyətlə bağlı hərbi rəsmilərlə görüşüb. Bəyanatda səfərlərin nə vaxt edildiyi barədə məlumat verilməyib.

Onu da qeyd edək ki, Putin ilk dəfə Xerson və Luqansk vilayətlərinə səfər edərkən martın 18-də Donetsk vilayətinin Mariupol şəhərinə də gedib.

//Safura Bənnayeva, Editor.az