Putin Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir-Makronbackend

Putin Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir-Makron

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumlarını dayandırmaqdan imtina etdiyini bildirib.

Editor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Makron Tvitter hesabında məlumat verib.

“Mən bu səhər prezident Putinlə danışdım. İndiki mərhələdə o, Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir”.

Fransa prezidentinin sözlərinə görə, hazırda “insan faciəsinin qarşısını almaq” üçün dialoqun davam etdirilməsi vacibdir.

//Gülnarə Abasova, Editor.az