Putin üşüdüyü üçün BƏƏ liderinə öz paltosunu verib-VİDEObackend

Putin üşüdüyü üçün BƏƏ liderinə öz paltosunu verib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Sankt-Peterburqdakı görüşdən sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana soyuq olduğu üçün Rusiya Prezidenti Vladimir Putin ona öz paltosunu verib.

Editor.az xəbər verir ki, bu barədə görüntülər “Rossiya-1” dövlət kanalında yayımlanıb.

Görüntüdə Putinin Əl Nəhyana soyuq olduğu üçün öz paltosunu verdiyi və Əl Nəhyanın bu palto ilə avtomobilində əyləşdiyi kadrlar var. Kremlin sözçüsü Dmitriy Peskov da mövzu ilə bağlı açıqlamasında “Bunlar liderlərin qarşılıqlı münasibətini əks etdirən jestlərdir” deyib. Peskov Putinin paltonu Əl Nəhyana hədiyyə edilib-edilməməsi sualını cavabsız qoyub.

 

//Gülnarə Abasova, Editor.az