Putin və Kadırovu qəzəbləndirəcək addım – Ukrayna qarşılıq verdibackend

Putin və Kadırovu qəzəbləndirəcək addım – Ukrayna qarşılıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya lideri Putin və onun yaxın müttəfiqi Çeçenistan lideri Kadırovu qəzəbləndirəcək addım atıb.

Ukraynalı deputatlar Ali Radaya təklif ediblər ki, Rusiya Federasiyasının tərkibində olan Çeçenistandakı separatçı bölgənin müstəqilliyinə dəstək verilsin.

Rusiyanın RT kanalının xəbərinə görə, ukraynalı deputatlar Aleksey Qonçarenko və Musa Maqomedov ötən gün təqdim etdikləri təklifdə Ukrayna parlamentini Çeçenistan İçkeriya Respublikasını tanımağa çağırıblar.

Qonçarenko “Facebook”da dərc etdiyi bəyanatda Rusiya və Çeçenistan lideri Ramzan Kadırovun çeçen üsyançılara qarşı cinayətlər törətdiyini iddia edib.

1990-cı illərdə çeçen qiyamçıları ilə Rusiya arasında iki müharibə olub və rusların İkinci Çeçen müharibəsində qələbəsi ilə Çeçenistan rəsmi olaraq Rusiyaya bağlanıb.

Ukraynada təqdim olunan qətnamə Rusiyanın Ukraynadakı separatçı Donetsk və Luqansk xalq respublikalarının birtərəfli qaydada müstəqilliyinə cavab olaraq qiymətləndirilir.

Teleqraf.com