Putin və Tramp arasında danışıqlar hansı ölkələrdə keçirilə bilər?- AÇIQLANDIbackend

Putin və Tramp arasında danışıqlar hansı ölkələrdə keçirilə bilər?- AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar platformaları Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ola bilər. Onlar hazırda Moskva və Kiyev arasında vasitəçi kimi iştirak edirlər.

Bu barədə “İzvestiya” qəzeti ekspertlərə istinadən məlumat yayıb. İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nikolas Bido qəzetə bildirib ki, ABŞ və Rusiya Federasiyasının liderləri belə bir tələb irəli sürərsə, İsveçrə danışıqlara ev sahibliyi etməyə hazırdır. Lakin hesab olunur ki, Bern neytral statusunu itirdiyi üçün Rusiya tərəfinin buna razılıq verəcəyi ehtimalı yoxdur. Qəzetin müsahibə verdiyi ekspertlərin fikrincə, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Putin və Tramp arasında dünya səhnəsində onların nüfuzunu artıra biləcək görüş təşkil etməkdə maraqlıdırlar.

Başqa bir platforma isə Türkiyə ola bilər. Şərqşünas İlya Vedeneyevin fikrincə, Türkiyə rəhbərliyinin həm Rusiya Federasiyası, həm də Qərblə işgüzar əlaqələri olması onun xeyrinədir. Ankara həm də beynəlxalq münasibətlərin fəal iştirakçısı və digər ölkələrin münaqişələrində vasitəçi roluna namizəd kimi özünü fəal şəkildə təbliğ edir.

Qeyd edək ki, dekabrın 19-da Putin birbaşa telefon danışığı zamanı Trampla görüşə hazır olduğunu bəyan edib. Bir neçə gün sonra amerikalı siyasətçi də Ukraynadakı münaqişənin həlli üçün Rusiya lideri ilə görüşü gözləyəcəyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az