Putin və Zelenski bu məsələdə razılığa gəldilərbackend

Putin və Zelenski bu məsələdə razılığa gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski Papa Fransiskin xüsusi nümayəndələrini qəbul etmək, onlarla atəşkəsin əldə olunmasını müzakirə etmək barədə razılığa gəliblər.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Vatikan məsələləri üzrə ixtisaslaşmış “il Sismografo” bloqu məlumat yayıb.

Qeyd olunur ki, bu gün İtaliya Yepiskop Konfransının rəhbəri kardinal Matteo Zuppi və Şərq kilsələri üzrə Dikasteriya prefekti arxiyepiskop Klaudio Quqerottinin Kiyevə səfəri ilə bağlı “ilkin razılaşmalar var”.

Eyni zamanda bloqda bu adların yekun olmadığına aydınlıq gətirilib.