Putin Volqoqrada “nüvə çantası” ilə gedib –FOTObackend

Putin Volqoqrada “nüvə çantası” ilə gedib –FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Stalinqrad döyüşünü qeyd etmək üçün Volqoqrda “nüvə portfeli” ilə gedib. Bundan əlavə, onun köməkçilərindən birinin başqa bir çamadanı var idi, ehtimal ki, bu, mümkün sui-qəsd cəhdindən qorunmaq üçün qatlanmış qalxandır.

Editor.az Britaniyanın “Mirror” nəşrinin məlumatına istinadla xəbər verir ki, İkinci Dünya Müharibəsində həlak olan sovet əsgərlərinin xatirəsinə əbədi məşəl önünə gül dəstələri qoyulması mərasimində hər iki köməkçi çamadanlı Prezidentin yanında olub.

Putinin olduğu əraziyə nayperlər nəzarət edirdi və Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarova yalnız doqquz günlük karantindən sonra Putinlə görüşə icazə verilib. Qəzetin yazdığına görə, şəhər sakinlərinə Putinin olduğu küçələrə çıxmamaq üçün həmin gün tətilə çıxmaq əmri verilib.

Qeyd edək ki, Kreml dəfələrlə Ukrayna və Qərb ölkələrini nüvə silahından istifadə etməklə hədələyib. Eyni zamanda, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev nüvə gücünün itirilməsinin nüvə müharibəsinə səbəb ola biləcəyini deyib.

//Gülnarə Abasova, Editor.az