Putin-Xameneyi görüşündən sonra şok iddia – “Böyük təhlükədir”backend

Putin-Xameneyi görüşündən sonra şok iddia – “Böyük təhlükədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın Rusiya istehsalı “Xəyyam” peykinin Qazaxıstandakı Baykonur kosmodromundan buraxılmasından sonra Moskvanın Tehranla əməkdaşlığının artmasının dünya üçün böyük təhlükə olaraq gördüyünü açıqlayıb.

Bu barədə ABŞ Dövlət Departamentindən “Anadolu”ya bildirilib.

Açıqlamada deyilib ki, ABŞ Rusiyanın İranın adından casusluq qabiliyyətinə malik peyki orbitə buraxmasından xəbərdardır.

“Rusiyanın İranla müttəfiqliyini gücləndirməsi bütün dünyanın əsas təhdid hesab etməli olduğu bir şeydir”, – Departamentdən agentliyə bildirilib.

“Xəyyam” peykinin orbitə buraxılması Rusiya Prezidenti Vladimir Putinlə İranın dini lideri Əli Xameneyinin görüşündən üç həftə sonra baş tutub.

Peyk dünən Baykonur kosmodromundan Rusiyaya məxsus “Soyuz 2.1b” raketi ilə buraxılıb. Bununla yanaşı, Rusiya istehsalı 16 kiçik peyk də kosmosa göndərilib.

İranın iddiasına görə, “Xəyyam” kənd təsərrüfatı, mədənçilik və ekoloji problemlərin monitorinqi üçün istifadə olunacaq. Açıqlamada, peykdən toplanan məlumatların başqa heç bir ölkə tərəfindən əldə olunmayacağı və yalnız mülki məqsədlər üçün istifadə ediləcəyi vurğulanıb.

“Vaşinqton Post” isə kəşfiyyat mənbələrinə istinadən Rusiyanın Ukraynaya qarşı müharibədə İranın peykindən istifadə edə biləcəyini yazıb.

Teleqraf.com