Putin xaricilərə məxsus təyyarələri istismar etməyə imkan verən qanun imzalayıbbackend

Putin xaricilərə məxsus təyyarələri istismar etməyə imkan verən qanun imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin tətbiq olunan qadağalara baxmayaraq, Rusiya aviaşirkətlərinə xarici icarədarların təyyarələrindən istifadə etməyə imkan verən sənədi imzalayıb.

Bu barədə Editor.az “Unian.net”-ə istinadən xəbər verir. İlk növbədə söhbət xarici təyyarələrin, təyyarə mühərriklərinin, avtomobillərin və şəhər yerüstü elektrik nəqliyyatının istismarından gedir. Rusiya aviaşirkətlərinin icarəyə götürdükləri bir neçə yüz təyyarəsi var. Bu ölkənin Ukraynaya hərbi təcavüzü başlanandan xarici şirkətlər ruslara təyyarələrin maliyyə icarəsindən imtina etməyə və onların sənədlərini ləğv etməyə başlayıblar.

Editor.az