“Putin Zelenski ilə dialoqa hazırdır”backend

“Putin Zelenski ilə dialoqa hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putin əvvəlkitək ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoqa açıqdır”.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov Zelenskinin danışıqlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Putin bildirib ki, Rusiya qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən dialoqa açıqdır. Bu niyyətimiz qalmaqdadır”, – deyə Peskov qeyd edib.

Qeyd edək ki, V.Zelenski Rusiya ilə vasitəçilər vasitəsilə danışıqların mümkün olduğunu bildirib. Onun sözlərinə görə, bu vasitəçilər istənilən ölkənin nümayəndəsi ola bilər. Ukrayna lideri xatırladıb ki, ilk dəfə bu cür üsul “taxıl sazişi” imzalanan zaman istifadə olunub.