Putindən ABŞ-ı qəzəbləndirəcək ADDIMbackend

Putindən ABŞ-ı qəzəbləndirəcək ADDIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kəşfiyyat məlumatlarını sızdıran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığı verib.

2013-cü ildə ABŞ-dan Latın Amerikasına, oradan da Rusiyaya qaçan Snouden bir il müddətinə müvəqqəti yaşamaq 2020-ci ildə isə Rusiyada daimi yaşayış icazəsi alıb. Editor.az xarici mediaya əsasən bildirir ki, bu barədə Kremldən verilən yazılı açıqlamada prezident Putinin Snoudenə Rusiya vətəndaşlığı verilməsi ilə bağlı fərmanı imzaladığı açıqlanıb və fərmanın məzmunu paylaşılıb.  Putinin verdiyi bu qərarla Snouden kəşfiyyat məlumatlarını sızdırdığına görə ABŞ-da mühakimə olunmaqdan qurtulub.

//Safura Bənnayeva, Editor.az