Putindən bütün dünyanı qorxudacaq nüvə qərarı: Raketləri işə salmaq əmrini verdi- Dünya mətbuatı YAZIR…backend

Putindən bütün dünyanı qorxudacaq nüvə qərarı: Raketləri işə salmaq əmrini verdi- Dünya mətbuatı YAZIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin uzanması və Kreml administrasiyasının cəbhədə istənilən nəticəni əldə edə bilməməsindən sonra Rusiya Prezidenti Vladimir Putin son çarə olaraq nüvə silahına əl atıb. Bildirilir ki, Putin ABŞ və Böyük Britaniyanı vura biləcək nəhəng tutumlu “Yars” raketlərini işə salmağı əmr edib.

Editor.az xəbər verir ki, beynəlxalq mətbuatda  Putinin özünü nüvə müharibəsinə hazırlayaraq Qərbə nüvə təhlükəsi yaratdığı şərh edilib. Çərşənbə günü yayılan görüntülərdə Rusiyanın “Yars” raketinin Moskvanın cənub-qərbində, Kaluqa bölgəsindəki Kozelsk hərbi birləşməsində silosun içinə qoyulduğu əks olunub.

Eyni zamanda, Rusiyanın “Komsomolskaya Pravda” qəzeti Yarsın Hirosimanı məhv edən bombadan 12 dəfə böyük” tutumu olduğunu yazıb. Rusiya hərbi rəsmilərindən Vadim Vyazovski “Yeni strateji silahların tətbiqi ilə vətənimiz rahat yatacaq”,- deyib.

Ancaq digər tərəfdən, Putin və bəzi Rusiya rəsmiləri Rusiyanın varlığını təhdid edəcək hücum istisna olmaqla, nüvə silahından istifadə etməyəcəklərini iddia edirlər.

//Gülnarə Abasova, Editor.az