Putindən geri addım: “Bu hədəfindən əl çəkib” – Şok iddiabackend

Putindən geri addım: “Bu hədəfindən əl çəkib” – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın dinc şəhərlərini hər gün atəşə tutmasına baxmayaraq, Rusiya ordusunun strategiyası və missiyası dəyişib.

Bunu rusiyalı jurnalist Andrey Piontkovski deyib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putinin müharibə planı uğursuzluğa düçar olub:

“Putinin iki ilkin tapşırığı olan “Kiyevi üç günə ələ keçirmək” və “Ukraynanı darmadağın etmək” planları genişmiqyaslı müharibənin ilk günlərində iflasa uğrayıb. İndi ən pessimist proqnozlar münaqişənin “dondurulması” ehtimalına qədər azaldılır. Putinin ideyası və bütün dünyaya verdiyi ultimatumları, nüvə silahı təhdidləri, “Baltikyanı ölkələr və Varşavaya qədər getmək” planları indi gülünc görünür”.

Ekspertin fikrincə, Putin Avdeyevkanı ələ keçirmək üçün Zaporoje AES-i partlatmaqla hədələyir və çarəsizlik içində barışıq üçün bəhanə axtarır. Piontovskinin qənaətinə görə, Rusiya artıq Slavyansk və Kramatorski işğal etmək hədəfindən əl çəkib, öz resurslarını cənubda cəmləşdirib.

“Putinin müharibə strategiyası və hədəfləri dəyişib. Ukrayna artıq böyük strateji qələbə qazanıb. O, salamat qaldı”, – jurnalist bildirib.

Teleqraf.com