Putindən ilginc etiraf: Rusiya ABŞ-la müharibəyə başlayır?-AÇIQLAMAbackend

Putindən ilginc etiraf: Rusiya ABŞ-la müharibəyə başlayır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər zaman olduğu kimi Rusiya prezidenti yenə iddialı danışır”.

Bunu Editor.az-a politoloq Natiq Miri Rusiya Prezidenti Vladimir Putinin “ABŞ Rusiya ilə vuruşmaq istəsə, o zaman bu, “xüsusi hərbi əməliyyat”a bənzər münaqişə deyil, tamamilə fərqli müharibə olacaq”,-deyə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib

Onun sözlərinə görə, Rəsmi Moskvanın indiki şəraitdə ABŞ-la birbaşa münaqişəyə girməsi, Rusiya-Ukrayna müharibəsinə Amerikanın müdaxiləsi fonunda baş verə bilər:

” ABŞ isə qətiyyən buna hazırlaşmır. Hətta bəzi strateji silahları rəsmi Kiyevə tədarük edəndə belə Ukraynadan müəyyən təminatlar alınır ki, həmin texnikalarla Rusiyanın dərinlikləri vurulmasın. Bəzi raketlərlə legitim hədəfləri vurmaq razılaşdırılır. Lakin müəyyən mülki obyektlər və Rusiyanın dərinlikləri ABŞ raketləri ilə vurularsa, bu qarşılıqlı zərbə üçün rəsmi Moskvaya bəhanə ola bilər. Amerika bu gün Rusiyaya həssas yanaşdığı halda müharibədən danışmaq o qədər də real deyil. Amerikanın birbaşa Suriyada müharibə apardığını iddia etmək olarmı? ABŞ Suriyada mövcuddur və müharibə gedir. Ancaq bu müharibəni Amerika vəkalətən aparır. PKK və YPG terrorçularına silah-sursat, maliyyə yardımı etməklə öz geosiyasi maraqlarını təmin edir”.

Politoloqun fikrincə, Fələstin-İsrail münaqişəsinə də ABŞ birbaşa müdaxilə etmir: “Amerika buna baxmayaraq İsrailə lazım olan ən müasir silahları dərhal çatdırdı. Bu həmin silahlardır ki, İsrail qoşunları Qəzzaya müdaxilə etdiyi təqdirdə havadan hücumla HƏMAS ordusunun yerin altında gizlətdiyi bir çox strateji silahları və mərkəzləri vurmağı mümkün edir. Bu müharibədə iştirak sayılmır? Dəstək yolu ilə prosesi davam etdirir”.

Natiq Miri qeyd edir ki, Rusiya “xüsusi əməliyyat” adı altında açıq-aşkar müharibə aparır:

“Xüsusi əməliyyat adı altında Ukraynanın bütün şəhərlərində mülki obyektlər, insanların kütləvi yaşadığı binalar, strateji raketlərlə vurulur. Bu gün minlərlə mülki şəxsi qətl edən Rusiya deyilmi? Bu necə xüsusi əməliyyatdır? Xüsusi əməliyyat Azərbaycan və qardaş Türkiyənin keçirdiyi əməliyyatlardır ki, nöqtə atışlarla bütün beynəlxalq, humanitar hüquq gözlənilməklə baş tutur. Bu zaman bir mülki obyekt, şəxs belə ziyan görmür”.

//Safura Bənnayeva, Editor.az