Putindən imza: Rusiya ordusu ilə bağlı yalan xəbərlər yayanlar cəzasız qalmayacaqbackend

Putindən imza: Rusiya ordusu ilə bağlı yalan xəbərlər yayanlar cəzasız qalmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukraynanı tərksilah etmək və faşistlərdən təmizləmək üçün cəbhədə silahlı fəaliyyətlərini davam etdirərkən Rusiya rəhbərliyi cəbhədə döyüşən əsgərləri qorumaq üçün qanuni qaydalar qəbul etməyə davam edir.

Editor.az xəbər verir ki, Rusiya parlamentinin aşağı palatası Duma və yuxarı palatası olan Federasiya Şurasında qəbul edilən qanun layihəsini prezident Putin imzalayıb və Rusiya ordusu haqqında yalan xəbərlər yayanların cəzalandırılması təklifini təsdiqləyib. Qanuna uyğun olaraq, Rusiya ordusu haqqında yalan xəbərlər yayan və milli təhlükəsizliyə xələl gətirən fəaliyyətə çağırış edənlərin artıq cəzasız qalmayacağı, bu cinayətləri törədənlərin əmlakı müsadirə olunacaq.

Putinin imzası ilə Rusiya Cinayət Məcəlləsinə və Cinayət Prosessual Məcəlləsinə müvafiq dəyişikliklər ediləcək və qanun qüvvəyə minəcək. Sənəddə Rusiya ordusu ilə bağlı yalan xəbərlər yayan şəxslərin pul, qiymətli və digər əmlaklarının ələ keçirilməsi mexanizminin yaradılması nəzərdə tutulur. Rusiyanın milli təhlükəsizliyinə qarşı cinayətlərdə və digər fəaliyyətlərdə istifadə olunduğu aşkar edilən pul, qiymətli əşyalar və digər əmlak da qanunla müəyyən edilmiş qaydada müsadirə edilə bilər.

//Gülnarə Abasova, Editor.az