“Rusiya KTMT-də sədrliyini çoxqütblü dünyada kollektiv təhlükəsizlik şüarı altında keçirəcək”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin KTMT liderlərinin geniş tərkibdə keçirilən iclasında deyib.
Putin iclasda əsas bəyanatları açıqlayıb:
“Rusiya əsas fəaliyyət istiqamətlərində ardıcıllığın qorunması üçün səy göstərəcək;
KTMT Avrasiya məkanında təhlükəsizlik və sabitliyi etibarlı şəkildə təmin edir;
Rusiya KTMT ölkələrinin silahlanmasının modernləşdirilməsi üçün genişmiqyaslı proqram başlatmağı təklif edir;
Rusiya KTMT üçün yeni antiterror strategiyasının hazırlanmasına başlamağı təklif edir;
Növbəti KTMT sammiti 11 noyabr 2026-cı il tarixində Moskvada keçiriləcək”.

