Putindən MESAJ: “Bu ölkələr “hegemon”lara boyun əymir”backend

Putindən MESAJ: “Bu ölkələr “hegemon”lara boyun əymir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın əsas tərəfdaşları Afrika, Asiya və Latın Amerikası ölkələridir”.

Editor.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Ordu-2022” forumunda deyib.

“Biz çox yüksək qiymətləndiririk ki, ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri var – bunlar “hegemon” adlandırılan ölkələrə boyun əyməyən ölkələrdir. Rusiya Latın Amerikası, Afrika və Asiya ölkələri ilə münasibətlərini səmimiyyətlə qiymətləndirir”, – Rusiya lideri bildirib.

V.Putinin sözlərinə görə, Rusiya daim inkişaf edən çoxqütblü dünya şəraitində xüsusi əhəmiyyət kəsb edən hərbi-texniki əməkdaşlığın hərtərəfli inkişafının tərəfdarıdır.

Dövlət başçısı çıxışında Rusiya silahlarının Qərb texnikasından xeyli üstün olduğunu da vurğulayıb:

“Perspektivli rus silahlarının bir çox modeli xarici “həmkarlarını” onilliklər qabaqlayır və performans baxımından onları xeyli üstələyir. Söhbət yüksək dəqiqlikli silahlar və robot texnikasından, yeni fiziki prinsiplərə əsaslanan döyüş sistemlərindən gedir”. (publika.az)