Putindən müharibədən sonra İLK SƏFƏR: “Xəzər beşliyi” və …backend

Putindən müharibədən sonra İLK SƏFƏR: “Xəzər beşliyi” və …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti gələn həftə Tacikistan və Türkmənistana səfər edəcək, səfər zamanı Düşənbə və Aşqabadda olacaq.

Bu barədə, “Moskva, Kreml, Putin” proqramında məlumat verilib.

Bildirilib ki, düşənbədə Vladimir Putinin Tacikistan prezidenti Emomali Rahmon ilə böyük danışıqları” planlaşdırılır.

Onlardan dərhal sonra Rusiya prezidenti “Xəzər beşliyi”nin (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran) sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Putin Mərkəzi Asiyadan qayıdandan sonra İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək.

İndoneziya lideri Moskvaya iyunun 30-da gələcək, ondan bir gün əvvəl isə Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Vidodo bir gün əvvəl jurnalistlərə bildirib ki, Rusiya və Ukraynaya səfəri zamanı Putin və Zelenskini dinc dialoq üçün məkan açmağa dəvət etmək niyyətindədir.

Publika.az