Putin Qərbə XƏBƏRDARLIQ etdi:  Vəziyyət getdikcə gərginləşir- TƏHLİLbackend

Putin Qərbə XƏBƏRDARLIQ etdi:  Vəziyyət getdikcə gərginləşir- TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsinə kənardan müdaxilə etməyə çalışan ölkələrə ildırım sürəti ilə cavab verəcəklərini bildirib. Putin hansı müdaxilənin ediləcəyinə artıq qərar verdiklərini desə də lakin bunun nə olduğunu açıqlamayıb.

Editor.az xarici mətbuatda yayılan məlumatlara istinadla xəbər verir ki, Putinin bu ifadə ilə ballistik və nüvə silahlarını nəzərdə tutduğu düşünülür. İşğaldan sonra Rusiya strateji nüvə silahlarını yüksək hazırlıq vəziyyətinə gətirdiyini elan etdi. Analitiklər hesab edirlər ki, Putinin bu təhdidləri Qərb ölkələrinin Ukraynaya daha çox kömək etməsinin qarşısını almaq üçündür. Ukraynanın müttəfiqləri son vaxtlar silah yardımını artırıb və ABŞ Ukraynada Rusiyanı məğlub etməyi hədəflədiklərini açıqlayıb.

Qərb rəsmiləri bu yardımlara görə Rusiyanın Ukraynanın Donbas bölgəsində irəliləyişinin səngidiyi qənaətindədir. Bu həftə Almaniya Ukraynaya 50 hava hücumundan müdafiə tankı verəcəyini, Böyük Britaniya isə dəniz raketləri göndərəcəyini açıqladı. Britaniya həmçinin Qərb ölkələrini Ukraynaya döyüş təyyarələri verməyə dəvət edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin atəşi alovlandırdığını və bunun Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyini deyib. Qərb rəsmisinin sözlərinə görə, Rusiya  hərbi qüvvələri Ukraynanın şiddətli müqaviməti qarşısında irəliləmək və itki verməmək üçün mübarizə aparır”.

Siyasi şərhçi Pol Adams bildirib ki, Qərb rəsmiləri Rusiyanın Donbasda toplanan qüvvələrinin yalnız məhdud irəliləyiş əldə etdiyini düşünür. Qərb məmurlarından biri deyir: “Onlar heç bir real qazanc əldə etmədilər. Bölgədəki güclü yağış da Rusiyanın irəliləyişini ləngidir. Ruslar yağışda döyüşməyi sevmirlər”.

Mühasirəyə alındıqları yerdə belə, ukraynalı əsgərlər uzun müddət müqavimət göstərməyə və öz qoşunlarına dəstək göndərməyə nail olurlar. Mariupol bunun ən bariz nümunəsidir. Hətta Rusiyanın ələ keçirdiyi ərazilərdə də Ukrayna əsgərləri onları sürətli hücumlarla geri sala bilir. Rusiya cəbhəsinin arxasında fəaliyyət göstərən Ukrayna xüsusi təyinatlıları da uzun logistik karvanların zəif cəhətlərindən istifadə edirlər. Bununla Ukrayna vaxta qənaət edir.

//Gülnarə Abasova, Editor.az