Putindən Qərbə xəbərdarlıq: “Silah göndərməyə davam etsəniz, Ukraynada daha çox yerləri hədəfə alacağıq”backend

Putindən Qərbə xəbərdarlıq: “Silah göndərməyə davam etsəniz, Ukraynada daha çox yerləri hədəfə alacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb ölkələri Kiyevi silahla təmin etməyə davam edərsə, Ukraynada daha çox yerləri hədəfə alacağıq”.

Editor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu bəyanatı bazar günü Kiyevin uzun müddətdən sonra ilk dəfə raketlərlə vurulduğu zaman verilib. Rusiya Avropa ölkələrinin göndərdiyi tankların hədəf alındığını açıqlasa da, Ukrayna hücuma məruz qalan yerin dəmiryol təmiri zavodu olduğunu bildirib. Rusiya son vaxtlar diqqətini Ukraynanın şərqindəki Donbas bölgəsinin işğalına yönəldib.

Rus ordusu orada yavaş-yavaş irəlilədikcə bəzi Qərb ölkələri Ukraynanın qalan hissəsinə silah göndərməkdə davam edirdi. Nəhayət, ABŞ Ukraynaya 70 kilometr mənzilli “HIMARS” adlı yüksək dəqiqlikdə raket sistemi göndərəcəyini açıqladı. Almaniya isə Ukraynaya göndərəcəyi ən qabaqcıl hava hücumundan müdafiə sistemləri olan “İRIS-T” lərin hər birinin bir Ukrayna şəhərini Rusiyanın hava hücumlarından qoruya biləcəyini açıqlayıb.

“Ukraynaya silah yardımının yalnız bir məqsədi var: silahlı münaqişəni mümkün qədər uzatmaq…Əgər uzaqmənzilli silahlar göndərməyə davam edilsə, hələ hədəf almadığımız nöqtələrə də hücumlar edəcəyik”,- Vladimir Putin bazar günü Rusiya dövlət televiziyasında yayımlanan müsahibəsində bildirib.

//Gülnarə Abasova, Editor.az