Putindən səmimi etiraf: çalışdıq, amma alınmadıbackend

Putindən səmimi etiraf: çalışdıq, amma alınmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Rusiya Federasiyasının hər zaman sivil dünyanın bir hissəsi olmaq istədiyini, lakin heç vaxt bunu edə bilmədiyini etiraf edib.

Editor.az bildirir bu barədə Rusiya prezidentinin çıxışına istiandən RİA Novosti məlumat verib.

“Biz həmişə bu sivil adlandırılan dünyanın bir parçası olmaq istəmişik. Öz əlimizlə SSRİ-ni dağıtdıdan sonra bizə elə gəldi ki, gündən-günə bu sivil adlanan dünyanın bir parçası olacağıq.

Lakin bütün səy və cəhdlərimizə baxmayaraq, məlum oldu ki, orada bizi gözləmirlər”.

Putin, bu cəhdləri özünün etdiyini, lakin qəbul olunmadığını da bildirib. Onun sözlərinə görə, həmişə fikir formalaşıb, planlar qurulub ki, bu və ya digər şəkildə bunu etmək olar. Lakin ruslar öz növbəsində, həmişə “tamamilə fərqli yanaşmaya, fərqli münasibətə sadiq qalıblar”.

 //Samir Qurbanov, Editor.az