Putindən silah-sursat istehsalı ilə bağlı göstərişbackend

Putindən silah-sursat istehsalı ilə bağlı göstəriş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin hökumət yanında Koordinasiya Şurasının üzvləri ilə görüşüb.

Editor.az TASS-a istinadən xəbər verir ki, Putin Silahlı Qüvvələrin ehtiyaclarını qarşılamaq üçün istehsal olunan hərbi texnikanın həcminin və keyfiyyətinin artırılması ilə bağlı göstəriş verib.

“Hərbi məhsulların yalnız həcmini və çeşidini artırmaq kifayət deyil. Eyni zamanda keyfiyyəti artırmaq lazımdır. Bunun üçün də detalları hazırlayan istehsalçı şirkətlərlə bu texnikadan istifadə edənlər arasında birbaşa əlaqə çox vacibdir. Heç bir fövqəladə addıma ehtiyac yoxdur, heç nə etmək lazım deyil. Amma aydın, keyfiyyətli, yaxşı əlaqələndirilmiş iş qurmaq lazımdır”-deyə, Putin qeyd edib.

//Samir Qurbanov, Editor.az